Masallı rayonunda tədbir keçirilib

Press-relizlər / 20.05.2019 / 15:31

Mayın 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Səfəralı Məmmədov adına Masallı rayonu Sərçuvar kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində, “İnsan hüquqlarının qorunmasında təhsilin rolu “ mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yelmar Paşayev, Səfəralı Məmmədov adına Masallı rayonu Sərçuvar kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Zahid Məmmədov qeyd etdib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu məqsədlə hər il Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkilinin (Omudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunub.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən, milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğu diqqətə çatdırıb.

Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında vurğulayıb ki, insan hüquqlarının əsas predmeti olan təhsil hüququ qorunmalı, bunun üçün erkən nikah və gənclərin təhsildən uzaqlaşmasına qarşı ictimaiyyətin mübarizəsi daha önəmlidir.

Digər çıxış edənlər qeyd ediblər ki, belə tədbirlərin keçirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı vətəndaş cəmiyyətinin inkişafına xidmət  edir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər
27.12.2018 / 16:11
Ətraflı oxu

“Gənclərin dini radikalizmdən qorunması: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2019 / 15:43
Ətraflı oxu

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Masallıda “Məhərrəmlik mərasimlərində qanunvericiliyin qorunması yolları” mövzusunda müşavirə keçirilib

Press-relizlər
08.09.2018 / 11:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
18.10.2017 / 16:10
Ətraflı oxu