Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 16.05.2019 / 14:35

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonu 189-190 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və  Samirə Rəhimli, məktəbin direktoru Ceyran Kuliyeva, 2, 7, 49, 50, 51, 91, 160, 163, 203, 236, 239 və 329 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor Ceyran Kuliyeva öz çıxışında ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması məqsədilə keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafında gənclərin üzərinə düşən vəzifələrdən söz açmaqla yanaşı, onların İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi hər zaman uca tutmalı olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda  “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə regionlarda dini maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
30.01.2018 / 14:52
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 17:38
Ətraflı oxu

Sabirabadda “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.01.2018 / 11:38
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu

Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.11.2019 / 16:07
Ətraflı oxu