Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib

Press-relizlər / 15.05.2019 / 17:08

Mayın 15-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi,  Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Cəlilabad, Salyan, Cəbrayıl və Neftçala rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayişi ilə başlayıb.

Seminar-müşavirədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızda hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb.  RİH-in başçısı çıxışında, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, eləcə də bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətdə gördüyü işlərin əhəmiyyətini qeyd edib.

Tədbirdə təqdimatla çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. DQİDK-nın sədr müavini deyib ki, gənclərimizin radikal dini təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə mühüm addımlar atılıb. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

S.Heydərov dini radikalizm, ekstremizm və onların  fəsadları barədə də ətraflı məlumat verib. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Lakin bu cür hallara qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir. DQİDK-nın sədr müavini eyni zamanda vurğulayıb ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir. Sədr müavini bildirib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayişin daha mükəmməl təminatı üçün olduqca mühümdür.

Tədbirdə, həmçinin dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğu, ona qarşı müştərək mübarizənin vacibliyi vurğulanıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib.

Seminar-müşavirə müzakirələrlə davam edib.

 

 


Son baxılan xəbərlər

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib

Könüllü fəaliyyət
24.05.2019 / 17:07
Ətraflı oxu

Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
19.10.2018 / 15:59
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
06.04.2018 / 17:59
Ətraflı oxu

Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.12.2018 / 10:25
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib

Press-relizlər
12.02.2016 / 16:51
Ətraflı oxu