Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Balakən, Lənkəran və Beyləqanda tədbirlər keçirilib

Xəbərlər / 10.05.2019 / 15:13

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə bölgələrdə tədbirlər keçirilib. Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu İmam Şamil adına Şambul kənd tam orta məktəbində keçirilən tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Şambul kənd tam orta məktəbinin direktoru Firəngiz Bazarva, müəllimlər və yuxarı sinif şagirdləri, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Gərmətük qəsəbə tam orta məktəbində keçirilən tədbirdə isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Gülşən Rüstəmova, müəllimlər və şagirdlər, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçlığı ilə Beyləqanda keçirilən tədbirdə isə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin Mehriban İsgəndərova , Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayonu üzrə bölməsinin sədri Asif Cəfərli, Beyləqan şəhər Namiq Allahverdiyev adına şəhər 1 saylı tam orta məktəbin və şəhər 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.

Hər üç tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsimizin yaşadılmasına və inkişafına açdığı yol, milli birliyimizin, bütövlüyümüzün möhkəmlənməsindəki əvəzsiz rolu haqqında ətraflı məlumat verilib. Hazırda bu ali ideyaların ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirildiyi bildirilib.           

Tədbirin  sonunda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlər nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb. 

 


Son baxılan xəbərlər

Lənkəranda “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
21.11.2019 / 17:38
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Lənkəranda konfrans təşkil olunub

Press-relizlər
22.11.2019 / 16:36
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu

Biləsuvarda “Şəhadət”sənədli filmi nümayiş olunub

Press-relizlər
21.04.2018 / 11:47
Ətraflı oxu