Ağstafa rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 03.05.2019 / 16:17

Mayın 3-də Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi uzrə şöbəsi və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin müdir müavini Gülgün Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov və  ictimayyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin inkişafına xüsüsi diqqət göstərdiyini qeyd edib.

Daha sonra çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin müdir müavini Gülgün Kərimov bu gün regionda yerləşən tarixi abidələrdən və bu abidələrin qorunub saxlanılmasında Ulu Öndərin həyata keçirdiyi işlərdən danışıb.

Sonda tədbir iştirakçılarnı maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu

Göytəpə Sərhəd Dəstəsində “Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda ...

Press-relizlər
16.05.2018 / 12:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ...

Press-relizlər
01.05.2019 / 14:47
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

Müsahibələr
22.02.2017 / 16:35
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
19.03.2018 / 12:22
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu