Zərdabda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər / 02.05.2019 / 17:15

Mayın 2-də Zərdab Rayon İcra Hakimiyyətində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Lütvəli Babayev, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, RİH başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Rəhman Feyzullayev, Rayon Polis şöbəsinin rəis müavini Bilal Nuriyev, Dövlət Təhlükəsizliyi Xidmətinin  Ağcabədi regional şöbəsinin əməkdaşı Anar Əliyev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, xidmət təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. Lütvəli Babayev ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.

Daha sonra çıxış edən din xadimləri Feyzulla Tağıyev və Şahsuvar Əmiraslanov Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

İslam dünyasında baş verən münaqişələrin əsasında radikal dini ideyalar dayanır

Press-relizlər
14.09.2018 / 14:54
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
31.10.2019 / 14:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
15.10.2019 / 16:29
Ətraflı oxu

Şirvanda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.09.2015 / 09:51
Ətraflı oxu