Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 02.05.2019 / 16:38

Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Beyləqan şəhər Namiq Allahverdiyev adına şəhər 1 saylı tam orta məktəbdə “Gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin rolu”  mövzusunda tədbir keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Bəhrəm  Ədalət oğlu, Beyləqan Rayon  İcra Hakimiyyəti  başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi  Tofiq  Məmmədov,  Rayon Polis şöbəsinin  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi   baş  inspektoru,  mayor  Mübariz  Məhərrəmov,  Namiq  Allahverdiyev adına şəhər 1 saylı  tam orta  məktəbin direktor müavini İqbal Zeynalov və şagirdlər  iştirak  ediblər.

Tədbiri giriş sözü ilə açan  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi  Tofiq  Məmmədov ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.    

DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı  Bəhrəm  Ədalət oğlu öz çıxışında  radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verib. O, həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.  

Rayon Polis şöbəsinin baş inspektoru, mayor Mübariz  Məhərrəmov zərərli vərdişlərə qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.

Məktəbin direktor müavini İqbal Zeynalov bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və  zərərli vərdişlərdən  qorunmasında mühüm əhəmiyyəti olduğunu qeyd edib. 

Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.09.2017 / 10:26
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi ilə bağlı Lənkəranda tədbir təşkil olunub

Press-relizlər
24.05.2018 / 14:31
Ətraflı oxu

Qubada “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2018 / 17:04
Ətraflı oxu

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: “Azərbaycan İlahiyyat İnstitutuna bina ayrılıb”

Press-relizlər
24.05.2018 / 16:36
Ətraflı oxu