Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər / 02.05.2019 / 15:03

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Suraxanı rayonunda Ramazan ayının gəlişi ilə əlaqədar dindarlarla görüş keçirilib.

Tədbirdə  DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlərşöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Suraxanı rayonu üzrə səlahiyyətli nümayəndəsi Murad Cəfərov, ağsaqqallar və dindarlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov dindarları Ramazan ayı münasibəti ilə təbrik edərək, Azərbaycanda dövlət-din münasibətlərindən, Prezident cənab İlham Əliyevin dinə və dindarlara göstərdiyi diqqət və qayğılardan söz açıb. Bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyə və QMİ-nin fətvasına uyğun keçirilməlidir.

DQİDK-nın əməkdaşı Aslan Sultanov öz çıxışında QMİ tərəfindən tövsiyə edilmiş namaz təqviminə riayət olunmasının, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda dindarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Dövlət Komitəsinin dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər toplusu nəşr olunub

Xəbərlər
29.07.2015 / 17:20
Ətraflı oxu

Saatlıda “Dini radikalizmlə mübarizə - milli mənəvi dəyərlərin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
12.07.2018 / 14:48
Ətraflı oxu

Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Arxiv
03.12.2016 / 13:25
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu