Ağdaşda “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub

Press-relizlər / 02.05.2019 / 14:34

Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, QMİ-nin Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Şirvan bölgəsi üzrə qazı Əli Məmmədov dövlətimizin dinə və dindarlara qayğısından bəhs edib. İslamın sülh və əmin-amanlıq dini olduğunu vurğulayan Əli Məmmədov dinimizdə şiddət və zorakılığın qəbuledilməz olduğunu və xüsusilə Ramazan ayının bütün müsəlmanları vəhdətə çağırdığını qeyd edib.  

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev Azərbaycanda dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafından bəhs edərək, bunun təməlinin Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Ramazan ayında bütün dini ayinlərin qanun çərçivəsində icra olunmasının vacibliyini qeyd edən N. Əfəndiyev Azərbaycanın dünya miqyasında tolerant ölkə kimi tanındığını vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”

Müsahibələr
24.07.2018 / 10:18
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Qusarda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
29.06.2018 / 15:40
Ətraflı oxu

Kürdəmirdə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.12.2019 / 15:35
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

Komitə sədri Argentina və uruqvaylı jurnalistləri qəbul edib

Xəbərlər
23.07.2019 / 16:40
Ətraflı oxu