Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

Press-relizlər / 01.05.2019 / 15:41

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə Ümummilli Liderin siyasi fəaliyyətini yüksək qiymətləndirərək, onun məscidlərin, dini məbədlərin tikilməsinə böyük təşəbbüs göstərdiyini xatırladıb. O qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış şəxsiyyətlərindən biridir. O, Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfələr bəxş edib.

Gürcü Yəhudilərinin Bakı dini icmasının rəhbəri Zamir İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ideyalarından bəhs edib. Bildirib ki, 1996-cı ildən etibarən Azərbaycanda dövlət məktəbinin tərkibində yəhudi sinfi fəaliyyət göstərir. Onun sözlərinə görə, dünyanın heç bir yerində bu cür imkan yaradılmır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda dinindən və millətin asılı olmayaraq hər kəs mehriban yaşayır.

“Yeni Həyat” protestant xristian dini icmasının sədri Lyudmila İbrahimova, Bakı şəhər Malokan-Ruhani xristian dini icmasının sədri Valeri Katkov çıxışlarında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda da bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Sonda DQİDK-nın dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərlərimiz” mövzusunda elan edilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə, Ruhulla Ruhullayev I, Əliəşrəf Zeynalov II, Murad Əzizov III yerlərə layiq görülüblər, Nəriman İbayev, Sevindik Əsgərli, Həzi Aslanov isə həvəsləndirici mükafatlarla təltif ediliblər.


Son baxılan xəbərlər

DQİDK və Xocalı RİH-in təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
13.06.2019 / 14:06
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Qusarda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.06.2018 / 16:17
Ətraflı oxu

Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Press-relizlər
11.09.2018 / 11:02
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
14.09.2018 / 11:43
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu