Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 30.04.2019 / 16:30

Aprelin 30-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Bəhmətli kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib.

Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısının Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamil Xasməmmədov, Zaqatala Rayon Təhsil şöbəsinin nümayəndəsi İlkin Məmmədov və Bəhmətli kənd tam orta məktəbin direktoru Çəmənnaz Hüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Çəmənnaz Hüseynova keçirilən tədbirin əhəmiyyətindən danışıb, gənclərin vətənpərvər şəxs olaraq formalaşmasında Azərbaycan xalqının mənəvi dəyərlərinin rolunu vurğulayıb. RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov ölkədə uğurla aparılan gənclər siyasətindən, təhsilə göstərilən qayğı və diqqətdən danışıb, milli-mənəvi dəyərlərin hər bir vətəndaşın həyatında mühüm rol oynadığını qeyd edib, mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının vacibliyini bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda əsası qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyindən, milli-mənəvi və dini dəyərlərin qorunub saxlanılması sahəsində görülən işlərdən, Azərbaycan multikulturalizmi və ölkədəki mövcud tolerantlıqdan bəhs edib. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərindən uzaq düşmüş insanların radikal dini cərəyanların və qeyri - ənənəvi zərərli dinlərin təsiri altına düşdüyünü qeyd edərək onların acınacaqlı aqibətindən danışıb. 

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir”

Açıqlama
30.11.2015 / 19:18
Ətraflı oxu

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu

"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2018 / 16:50
Ətraflı oxu

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.04.2019 / 11:21
Ətraflı oxu