Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 30.04.2019 / 15:54

Aprelin 30-da Nizami Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon Polis İdarəsinin (RPİ) birgə təşkilatçılığı ilə Nizami rayonu 4 saylı peşə məktəbində “Yeniyetmə gəncləri radikal dini cərəyanlardan qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Vasif Musayev, Nizami RPİ-nin 24-cü  şöbəsinin inspektoru, polis leytenantı Xədicə Hüseynova, məktəbin direktoru Mahir Namazov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M.Namazov orta məktəblərdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Nizami RİH başçısı Aparatının məsul əməkdaşı B.Hüseynov rayon ərazisində dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizm, ekstremizmə qarşı mübarizə istiqamətində görülən tədbirlərdən söz açıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev dini radikalizm və ekstremizmin mahiyyətindən və onun yaranma səbəblərindən danışaraq radikalizmin yaratdığı fəsadlar, eləcə də milli-mənəvi dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.

Nizami RPİ-nin 24-cü şöbəsinin inspektoru, polis leytenantı X.Hüseynova hazırda dini radikalizm və ekstremizmə qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Lənkəranda Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
16.06.2020 / 14:38
Ətraflı oxu

Mənəvi dəyərlərə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir

Xəbərlər
18.10.2019 / 11:27
Ətraflı oxu

“Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2019 / 10:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

Səyyad Salahlı: "Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz"

Müsahibələr
18.02.2016 / 17:07
Ətraflı oxu