Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 29.04.2019 / 16:06

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib. Bakı şəhər ümumtəhsil məktəblərinin direktorlarının iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirir. Sədr müavini vurğulayıb ki, DQİDK Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edir, xüsusilə təhsil müəssisələrində məktəbli və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. S. Heydərov təhsilin dini radikalizm və ekstremizimə alternativ olduğunu diqqətə çatdıraraq bu istiqamətdə ideoloji mübarizə sahəsində müəllimlərin də üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə ictimai-siyasi və dini sabitlik hökm sürür. Natiq deyib ki, hazırda dünyada, o cümlədən Yaxın Şərqdə məzhəblərarası dözümsüzlük, qarşıdurma, ayrı-seçkilik və digər ciddi fəsadlar törədən münaqişələr baş verdiyi halda, respublikamızda tolerantlıq və multikulturalizmin, birgəyaşayış ənənəsinin mövcudluğu öz müsbət nəticəsini göstərməkdədir: “Bu sahədə Azərbaycan dünyaya nümunədir”,-deyə sədr müavini əlavə edib.

S. Heydərov, eyni zamanda deyib ki, bəzi dairələr tərəfindən radikal yönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına da cəhdlər edilir. Lakin ölkəmizin müvafiq qurumları tərəfindən bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır. Komitənin sədr müavini bu baxımdan məktəblilərin ayıq-sayıqlığının artırılmasının, onların dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini-ideoloji təhlükəsizliyin təminatına yönəlmiş təhdidlər ətrafında təqdimatla çıxış edib. Bu prosesin detallarını açıqlayaraq, onun qarşısının alınması sahəsində mübarizə metodları barədə geniş məlumat verib. O, İslam dininin siyasiləşdirilməsinə, məzhəblərarası qarşıdurmanın yaranmasına cəhdlərin edildiyini, belə hallara qarşı mübarizə tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb. Sədr müavini, eyni zamanda məktəblilərin zərərli dini ideologiyaların təsirinə məruz qalmalarının qarşısının alınması, belə neqativ faktların aşkarlandığı təqdirdə birgə tədbirlərin həyata keçirilməsinin önəminə toxunub.

Bəzi dini qrupların məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoymağa cəhdlərin edildiyini qeyd edən G. İsmayılov dinin cəmiyyətdəki funksiyaları barədə danışıb. Həmçinin cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları haqqında məlumat verib.

DQİDK-nın sədr müavini Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin bu sahədə başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıb.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev çıxışında Azərbaycanın tolerant və multikultural dəyərlərinin təşviq və təbliğinin, həmçinin gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. İdarə müdiri DQİDK ilə dini maarifləndirmə sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
31.10.2019 / 14:52
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2017 / 15:09
Ətraflı oxu

Sumqayıtda “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib

Press-relizlər
25.01.2018 / 14:54
Ətraflı oxu

Saatlıda “Dini radikalizmlə mübarizə - milli mənəvi dəyərlərin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
12.07.2018 / 14:48
Ətraflı oxu