"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər / 23.04.2019 / 12:48

Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib.

Görüşdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, "Suraxanı Oil" Əməliyyat Şirkətinin Ümumi işlər departamentinin direktoru Ceyhun Əkbərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları, eyni zamanda, əməliyyat şirkətinin kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə "Suraxanı Oil" Əməliyyat Şirkətinin Ümumi işlər departamentinin direktoru Ceyhun Əkbərov açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. O bildirib ki, respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir.

Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə də məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.

İslam dininin sülh dini olduğunu vurğulayan Dövlət Komitəsi sədrinin müavini təəssüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb.

Səyavuş Heydərov, həmçinin şirkət əməkdaşlarını DQİDK-nın sifarişi əsasında çəkilən, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi barədə də məlumatlandırıb. Bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir.

Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş edilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu

Masallıda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu müzakirə olunub

Press-relizlər
24.07.2018 / 14:39
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
31.10.2017 / 16:51
Ətraflı oxu

Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Xəbərlər
22.01.2018 / 12:32
Ətraflı oxu

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.11.2017 / 14:20
Ətraflı oxu