Xətai rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 17.04.2019 / 15:29

Aprelin 16-da Xətai Rayon İcra Hakimiyyəti (RİH), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 261 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, məktəbin direktoru Abuzər Əsədov, müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Abuzər Əsədov iştirakçıları tədbir barədə məlumatlandırıb, məktəblərdə təşkil edilən görüşlərin əhəmiyyətini qeyd edib.

Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin İslam dünyasına qarşı mənəvi-fiziki hücumların artdığı, İslam dininin terrorla eyniləşdirmə cəhdlərinin edildiyi bir vaxtda mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bugünkü gündə mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın ölkəmiz və cəmiyyətimiz üçün nümunəvi ənənəyə çevrildiyini vurğulayıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif  Musayev bildirib ki, əsrlər boyu cəmiyyətimizdə bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik, sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Müsəlman dünyasındakı dini radikalizmin, ekstremizmin mahiyyətində savadsızlıq, mədəni gerilik, maarifsizliyin dayandığını, bu səbəbdən də, elmin, təhsilin, aparılan maarifləndirmə işinin önəmli olduğunu söyləyib.

 


Son baxılan xəbərlər

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama
18.10.2016 / 15:40
Ətraflı oxu

Lənkərandakı “N” saylı hərbi hissədə “Qeyri-ənənəvi dini cərəyanlar, onların fəaliyyət istiqamətləri və metodları” ...

Press-relizlər
01.03.2018 / 14:55
Ətraflı oxu

Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir

Press-relizlər
20.04.2018 / 16:29
Ətraflı oxu

Bakıda “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

Press-relizlər
29.06.2018 / 16:12
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu