Saatlıda “Dini radikalizm narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.04.2019 / 16:20

Aprelin 16-da Dini Qurumlarla  İş  üzrə  Dövlət Komitəsi (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə  Saatlı rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizm narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə  açan Saatlı  rayon  İcra Hakimiyyəti başçısı Aparatının  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini  tədbir iştirakçılarının  diqqətinə çatdırıb.  O, həmçinin  gənclərin  zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi   Məhərrəmli çıxış edərək, radikalizm və narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəlalar ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib, eyni zamanda erkən nikahın yaratdığı fəsadların bu gün aktual məsələ olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin  İbrahimov çıxıışında  radikal dini qrupların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verib. O, eləcə də gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.

Sonda DQİDK-nin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş  etdirilib.

Tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

Press-relizlər
27.11.2018 / 15:52
Ətraflı oxu

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Press-relizlər
11.09.2018 / 11:54
Ətraflı oxu

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar

Press-relizlər
24.02.2020 / 17:29
Ətraflı oxu

Masallıda "Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.06.2017 / 16:26
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.04.2017 / 17:01
Ətraflı oxu

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Press-relizlər
21.08.2020 / 16:01
Ətraflı oxu