Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər / 12.04.2019 / 17:08

Aprelin 12-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi  hissənin birgə təşkilatçlığı ilə Beyləqan rayonundakı "N" saylı hərbi hissədə “Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm  Ədalətoğlu, hərbi hissənin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  baş köməkçisi polkovnik-leytenant Şöhrət  Əhmədov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini  mayor Valeh Mustafayev, Beyləqan rayonu  Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon “N” saylı hərbi hissənin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  baş köməkçisi polkovnik-leytenant Şöhrət Əhmədov bildirib  ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi meyillərin yaranma səbəblərinin qarşısının alınması yollarından ətraflı bəhs edib. Qeyd edib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır.

Beyləqan rayonu  Qarallar kənd məscidi dini icmasının sədri  Səbuhi  İbadov  İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində  respublikanın bütün  regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi məscidin bağlanmasını YALANLADI

Açıqlama
04.04.2013 / 11:21
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi münasibətilə Bakıda tədbirlər keçirilib

Press-relizlər
24.05.2018 / 13:51
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2019 / 11:49
Ətraflı oxu

Səyyad Salahlı: "Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz"

Müsahibələr
18.02.2016 / 17:07
Ətraflı oxu

Lənkəranda “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.03.2017 / 15:55
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu