Biləsuvarda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər / 12.04.2019 / 17:29

11 və 12 aprel tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

İkigünlük seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən RİH başçısının birinci müavini Xanlar Məmmədov ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açıb. Bildirib ki, dinə dövlət qayğısının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. Vurğulayıb ki, Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikallıq meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycanda gündən-günə dini etiqad azadlığının təmin olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırılır. Respublikada bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaradılıb.

Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən birinin də milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması, eyni zamanda gənc nəslə aşılanması olduğunu diqqətə çatdıran Səyyad Salahlı dini dəyərlər sisteminin kompleks şəkildə öyrənilməsinin və cəmiyyətə çatdırılmasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, gənclərimizin radikal qüvvələrin təsirlərindən qorunması üçün İslam dininin ifratçılıqdan, təhriflərdən uzaq formada təbliği xüsusi önəm kəsb edir. 

RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı rayondakı dini durum barədə ümumi məlumat verib, Biləsuvarda dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Azərbaycan dövlətinin ölkədəki dinlərə və dindarlara qayğısı barədə geniş çıxış edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə vurğulayıb ki, müasir dünyada ifratçılığın ən qabarıq şəkildə özünü göstərən formalarından biri dini radikalizm və ekstremizmdir. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin önəmindən danışan natiq bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkib.

İslam dininin sülhsevərliyi, tolerantlığı, həmçinin zorakılığa və terrora qarşı olmasından bəhs edən “Üfüqdəki gələcək”  filminin də nümayiş olunduğu seminar-müşavirənin sonunda iştirakçılara DQİDK tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.

 


Son baxılan xəbərlər

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.11.2016 / 16:01
Ətraflı oxu

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.04.2019 / 17:40
Ətraflı oxu

Liderlik nümunəsi

Xəbərlər
11.04.2019 / 17:34
Ətraflı oxu

Dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
15.05.2017 / 16:40
Ətraflı oxu

“Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
21.12.2018 / 17:36
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu