Press-relizlər / 11.04.2019 / 17:33
Aprelin 11-də Qax rayonu Qıpçaq kənd tam orta məktəbində Qax Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmin fəsadları” adlı tədbir keçirilib.
Tədbirdə RİH-in əməkdaşı Fərid Muradov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qıpçaq kənd tam orta məktəbinin direktoru Həsən Həsənov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həsən Həsənov maarifləndirici görüşün mahiyyəti və aktuallığından danışıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş, vətənpərvərlik və dini maarifləndirici səpkidə olan “Şəhadət” sənədli filmi barədə məktəb şagirdlərinə məlumat verib. Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici ədəbiyyat paylanılıb.