Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 11.04.2019 / 14:53

Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisad Kollecində “Dini radikalizmə, erkən nikaha və narkomaniyaya “yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Tahir Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, eləcə də kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov belə tədbirlərin keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb.

Qazax RPŞ-nin rəis müavini Tahir Süleymanov rayonda zərərli vərdişlərə qarşı polis tərəfindən aparılan mübarizədən bəhs edib.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev bu gün Azərbaycan dövlətinin apardığı siyasi kursun məhz vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəldiyini vurğulayaraq belə tədbirlərin keçirilməsinin Azərbaycanda dayanıqlı sabitliyə xidmət etdiyini söyləyib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Sabirabadda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
22.02.2019 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
20.09.2019 / 09:35
Ətraflı oxu

İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib

Xəbərlər
27.03.2019 / 09:44
Ətraflı oxu

Quba rayonu Zərdabi qəsəbəsində maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
26.01.2018 / 17:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 11:57
Ətraflı oxu

Ahıl qadınlar üçün maarifləndirici seminar keçirilib

Press-relizlər
28.10.2016 / 17:46
Ətraflı oxu