Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər / 09.04.2019 / 15:25

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Neftçala Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev mövzunun əhəmiyyətinə toxunub. O, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan V.Əliyev vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib.

Çıxışında maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. 

G. İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. G.İsmayılovun sözlərinə görə, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini “Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər bir kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaq olduğunu söyləyib.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Seminar-treninq işini aprelin 10-da müzakirələrlə davam etdirəcək.


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu

Xocasən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 16:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-a rəsmi səfərə gedəcək

Press-relizlər
12.05.2018 / 14:18
Ətraflı oxu

Sosial şəbəkələr: radikalların təlim poliqonu və ya “yıxılmamaq” üçün “qaçmağı” öyrənməyin vaxtıdır

Press-relizlər
22.01.2019 / 11:27
Ətraflı oxu

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Xəbərlər
19.09.2019 / 17:18
Ətraflı oxu

Bərdədə “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 15:22
Ətraflı oxu