Şəmkir sərhəd dəstəsində ”Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar keçirilib

Press-relizlər / 08.04.2019 / 11:28

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprel ayının 5-də Şəmkir sərhəd dəstəsində ”Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar keçirilib.

Seminardan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizmin və ekstremizmin təbliğat metodları, onların törətdiyi fəsadlar barədə ətraflı danışıb. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­larımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənilib və bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlərin müsbət nəticə verməsindən danışılıb. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikultura­lizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Tədbirin sonunda dini radikalizmin və ekstremizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
14.03.2019 / 16:39
Ətraflı oxu

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Xəbərlər
21.01.2017 / 09:10
Ətraflı oxu

Ali Məhkəmə Suraxanı Rayonu Yeni Günəşli Qəsəbəsi “Fatmeyi-Zəhra” Məscidi Dini İcmasının qeydiyyatının ləğvinə dair ...

Xəbərlər
14.11.2014 / 09:44
Ətraflı oxu

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

Press-relizlər
09.06.2020 / 11:31
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu