Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 05.04.2019 / 17:56

Aprelin 5-də Dini Qurumlarla  İş  üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı ilə Beyləqan rayonu Peşə məktəbində “Gənclərin  dini radikalizm, narkomaniya və erkən  nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Atakişi  Məhərrəmli, Beyləqan Rayon  İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin  müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz  Əliyev, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq  Məmmədov, eyni zamanda Peşə məktəbinin  müəllimləri,  gənclər və ictimaiyyət nümayəndələri  iştirak  ediblər.

Tədbir iştirakçıları əvvəlcə Aprel döyüşləri zamanı şəhid olmuş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin  müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev açaraq ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini  tədbir iştirakçılarının  diqqətinə çatdırıb. O, həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.   

DQİDK - nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu öz çıxışında  radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili barədə danışıb.

DQİDK- nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi  Məhərrəmli  isə narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizənin vacibliyinə toxunub, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi qeyd edib.

Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq  Məmmədov  çıxış edərək erkən nikahın fəsadlarını diqqətə çatdırıb.

Beyləqan rayon Peşə məktəbinin psixolqu Çinarə Hacıyeva bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və zərərli vərdişlərdən  qorunmasında mühüm əhəmiyyəti olduğunu bildirib.  

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

"Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr ...

Press-relizlər
19.01.2017 / 13:05
Ətraflı oxu

Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
29.03.2019 / 15:26
Ətraflı oxu

Lənkəranda “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.02.2018 / 16:06
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu

Mehman İsmayılov: “Din xadimlərinə maddi dəstək veriləcək”

Açıqlama
04.05.2018 / 12:01
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir"

Press-relizlər
08.07.2019 / 10:02
Ətraflı oxu