Şəkidə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 05.04.2019 / 11:21

Aprelin 4-də Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ), Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəki şəhər şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm  və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Şəki rayon Baş Göynük kənd orta məktəbində keçirilən tədbirdə Şəki ŞRPŞ-nin rəisi Azər Mahmudov, DTX-nın Şəki şəhər şöbəsinin rəisi Natiq Zamanov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Şəki ŞRPŞ-nin rəisi Azər Mahmudov narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanların fəsadları haqqında məlumat verib. T.Abdullayev radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı Tural Niftaliyev şagirdlərə erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə edib. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir

Multikulturalizm
07.02.2017 / 16:50
Ətraflı oxu

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
18.02.2020 / 16:32
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
16.01.2020 / 17:29
Ətraflı oxu

Balakəndə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
24.09.2019 / 15:03
Ətraflı oxu

İslam sülh və tolerantlıq dinidir

Press-relizlər
28.02.2018 / 17:11
Ətraflı oxu

“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.03.2017 / 12:30
Ətraflı oxu