Masallıda “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib

Press-relizlər / 03.04.2019 / 12:16

Aprelin 3-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Masallı şəhəri Gənclər Mərkəzində “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı”  mövzusunda tədbir keirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Aprel döyüşləri veteranları və gənclər  iştirak edib.

İlk öncə  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib. O qeyd edib ki, Aprel döyüşləri zamanı siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini göstərdi.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Maradiz kəndi, Cəbrayıl rayonunun  Lələtəpə yüksəkliyi və Cucuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Həmin il aprelin 4-ü mənfur Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.

Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan zabit Cəmaləddin Məmmədov döyüş xatirələrindən danışaraq vurğulayıb ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü və qələbə əzmini nümayiş etdirdi.

Tədbirin sonunda şanlı aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş etdirilib.


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.05.2019 / 16:21
Ətraflı oxu

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Xəbərlər
19.03.2019 / 10:57
Ətraflı oxu

Beyləqanda "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" mövzusunda tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 15:48
Ətraflı oxu

Tovuzda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 12:30
Ətraflı oxu

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
07.05.2019 / 17:14
Ətraflı oxu