“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər / 02.04.2019 / 16:40

11-12 iyul tarixlərində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək.

Simpoziumun məqsədi alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma təşkil etməkdir.

Beynəlxalq simpoziumda “İslamın Qafqazda yayılması”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “İslam mədəniyyətinin Qafqaz xalqlarının adət-ənənələrinə təsiri”, “İslam memarlığı Qafqazda”, “Qafqazda İslam incəsənəti və ədəbiyyatı” mövzularında müzakirələr aparılacaq. Bununla yanaşı, simpozium “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafındakı rolu”, “Qafqazda dini və ictimai-mədəni həyatın müxtəlif aspektləri”, “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış tarixi və mədəni irsi: bu irsin qorunması və dünya miqyasında tanıtdırılması üçün akademik araşdırmalar” istiqamətlərini də əhatə edəcək. Konfransda, həmçinin “İslam ənənələrinin Azərbaycanda möhkəmlənməsində və müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzularında məruzələr dinləniləcək.

Xülasələr (300 – 350 söz) qeyd edilən elektron ünvana göndərilməlidir: international.simposium@gmail.com

Xülasələrin göndərilməsi üçün son tarix: 15.04.2019. 

Qeyd 1. “İslam Sivilizasiyası Qafqazda” mövzusu istiqamətində çalışan, həmçinin dünyanın müxtəlif ölkələrindən məqalə göndərən alim, tədqiqatçı və ekspertlər Simpoziuma dəvət ediləcəklər.

Qeyd 2. Konfrans materialları kitab şəklində çap olunacaq.

Əlaqələndirici şəxs: Şəms Bağırova 

(+99412) 510 65 45

(+99451) 969 88 00

shamsbagirova@ait.edu.az

Son baxılan xəbərlər

Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib

Press-relizlər
15.05.2018 / 10:00
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2018 / 15:06
Ətraflı oxu

“Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.12.2017 / 16:07
Ətraflı oxu

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Masallı rayonunda tədbir keçirilib

Press-relizlər
20.05.2019 / 15:31
Ətraflı oxu