Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.03.2019 / 15:54

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonu Qullar 2 saylı tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ləman Balayeva, Balakən rayonu Qullar 2 saylı tam orta məktəbin təşkilatçı müavini Bahar Şixmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin təşkilatçı müavini Bahar Şixmədova dövlətin və cəmiyyətin dini radikalizmin təhlükəsindən qorunması, şagirdlərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıb.

Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir, günümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq, eləcə də dini motivlərlə törədilən terror aktlarında təzahür edir. L.Balayeva gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini vurğulayıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev öz çıxışında “Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dini radikalizm meyillərinə qarşı məlumatlı olmağın önəmini diqqətə çatdırıb. E.Atakişiyev ölkəmizdə mövcud olan dövlət-din münasibətləri sahəsində aparılan uğurlu ideoloji fəaliyyət haqqında da danışıb.

Tədbirdə, həmçinin “Şəhadət” sənədli filmi nümayiş etdirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Xəbərlər
12.04.2018 / 14:11
Ətraflı oxu

Quba rayonu Zərdabi qəsəbəsində maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
26.01.2018 / 17:10
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 15:08
Ətraflı oxu

Gündüz İsmayılov: “Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər”

Press-relizlər
17.02.2020 / 14:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İİR-nın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
23.02.2018 / 18:10
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu