Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 14.03.2019 / 09:25

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Qumbaşı kənd tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Sübhi Rəcəbov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sübhi Rəcəbov mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının vacibliyinə diqqət çəkib. C.Axundzadə gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyətini qeyd edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov dövlətin yeniyetmə və gənclərin yüksək təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün gördüyü işlərdən danışıb. Z.İsmayılov gənclərə zərərli vərdişlərə və erkən nikahlara qarşı qətiyyətli olmalarını tövsiyə edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dini radikalizm, erkən nikah və onların fəsadları haqqında məlumat verərək gənclərin bu baxımdan diqqətli olmalarının vacibliyini vurğulayıb. Natiq milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə və erkən nikaha qarşı mübarizədə effektivliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu

Mərakeşdə "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans keçirilib

Press-relizlər
16.05.2015 / 10:31
Ətraflı oxu

İlahiyyatçı alimlər müraciət ünvanlayıblar

Xəbərlər
30.11.2015 / 19:20
Ətraflı oxu

Salyanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2018 / 15:55
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı rus dilində nəşr olunub

Kitablar
23.11.2017 / 11:38
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu