Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər / 13.03.2019 / 16:48

Şamaxı şəhərində “Müasir çağırışlar:dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans martın 13-də panel iclası ilə öz işini davam etdirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Eyni zamanda, G.Ələkbərova gənclərin dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması istiqamətində bu cür seminar-müşavirələrin əhəmiyyətini yüksək dəyərləndirib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında dinimizin fundamental dəyərlərinin geniş təbliğ edilməsinin vacibliyinə toxunub. Sədrin müavini maarifləndirmə və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. G.İsmaylov onu da qeyd edib ki, bu görüşlər gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə, dinimizin əsaslarının möhkəmləndirilməsinə və dindarlarla əlaqələrin intensivləşdirilməsinə yönəlib. Azərbaycanda dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu diqqətə çatdıran natiq cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

G.İsmayılov, həmçinin, dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırıb: “Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanması radikalizmin qarşısının alınmasında ən effektiv vasitədir”, - deyə sədr müavini əlavə edib.

Daha sonra çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maarifləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırıb. Natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Masallıda “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusu müzakirə olunub

Press-relizlər
27.04.2018 / 14:57
Ətraflı oxu

DQİDK-nın sədr müavini Gündüz İsmayılov: “Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir”

Müsahibələr
30.08.2017 / 11:40
Ətraflı oxu

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu

Şirvanda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
30.01.2018 / 17:59
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu