Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 12.03.2019 / 12:32

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş  dini icmalara şəhadətnamələr təqdim edilib. Bununla bağlı keçirilən tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət tərəfindən din sahəsinə göstərilən diqqət və qayğı hər zaman özünü büruzə verir. Onun sözlərinə görə, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. 

Natiq onu da deyib ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdan keçib.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan sədrin birinci müavini bu məqsədlə DQİDK-nın tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən S.Salahlı icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

Dini icma sədrləri vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə ediblər.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.


 

 


Son baxılan xəbərlər

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
26.11.2019 / 15:48
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
02.08.2019 / 09:56
Ətraflı oxu

Xaçmazda “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
21.02.2018 / 17:08
Ətraflı oxu

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.03.2018 / 09:54
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
14.09.2017 / 18:13
Ətraflı oxu