Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 11.03.2019 / 15:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov martın 11-də Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson ilə görüşüb.

Görüşdə Komitə sədrinin müavini xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri, bu dəyərlərin qorunub-saxlanılması və təşviqi istiqamətdə aparılan nümunəvi din siyasəti barədə danışıb. Son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin fəsadlarına toxunan Səyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensialdır. Ölkəmizdə tolerantlıq daha da möhkəmlənən, hər bir vətəndaşın mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir.

Sədr müavini qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. O, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən respublikamızda bütün dini konfessiyaların nümayəndələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu  vurğulayıb.

Qonağı Azərbaycan həqiqətləri barədə məlumatlandıran Səyavuş Heydərov diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması, soydaşlarımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına kölgə salır. Sədr müavini deyib ki, dünya birliyi, eyni zamanda dini liderlər və mərkəzlər ədalətin bərqərar olunmasında xüsusi səylər göstərməlidirlər.

Növbəti dəfə ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirən Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib. V.Edmendson ölkəmizdə dini ibadətgahlara  göstərilən diqqətə, eləcə də “Vineyard Azərbaycan”  xristian dini icmasının fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, işğal altında olan ərazilərimizdə tarixi-dini abidələrə qarşı törədilən vandalizm əməllərindən bəhs edən kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Cocuq Mərcanlıda maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
24.02.2018 / 13:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
04.03.2019 / 19:21
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Səyyad Salahlı: “Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur”

Press-relizlər
14.12.2018 / 09:25
Ətraflı oxu

Mübariz Qurbanlı: “Kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür”

Press-relizlər
28.03.2016 / 14:52
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu