
Press-relizlər / 11.03.2019 / 15:29
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Birgə Tədbirlər Planına uyğun olaraq Dövlət Komitəsinin nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.
Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və “Şəhadət” filminin nümayişi olub.