Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıdakı dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olublar

Press-relizlər / 06.03.2019 / 17:51

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 6-da Bakıda yerləşən dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olublar.

Heydər məscidində olan nümayəndə heyətinə məlumat verilib ki, tikintisinə 2012-ci ilin sentyabrında başlanılan məscid 2014-cü il dekabrın 26-da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Bildirilib ki, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dini, mədəni və tarixi abidələrin bərpasına ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Əlavə edilib ki, məsciddə qılınan vəhdət namazları nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.

Daha sonra nümayəndə heyəti Bakıda yerləşən “Xabad-Or-Avner” yəhudi məktəbi ilə tanış olublar. Qonaqlara təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsi barədə məlumat verilib. Qeyd olunub ki, yəhudi məktəbinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin birinci xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər. 450 yerlik mərkəz bütün lazımi avadanlıqlarla təmin edilib. Burada yəhudi mədəniyyətinin əsasları da tədris olunur.

Sonra “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsi və “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsini ziyarət edən nümayəndə heyətinin rəhbəri ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer ölkəmizdəki dinlərarası harmoniyanın canlı şahidi olduğunu dilə gətirib. Bildirib ki, Azərbaycandakı nümunəvi tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Nümayəndə heyətinin üzvləri dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndiriblər.


Son baxılan xəbərlər

Bərdədə yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.09.2019 / 14:03
Ətraflı oxu

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Xəbərlər
22.10.2018 / 17:07
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.09.2018 / 12:18
Ətraflı oxu

Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər
23.11.2018 / 14:21
Ətraflı oxu

“Şəhadət” filmi Qəbələdə nümayiş etdirilib

Press-relizlər
13.12.2017 / 15:37
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

Press-relizlər
07.06.2018 / 09:25
Ətraflı oxu