
Press-relizlər / 05.03.2019 / 17:16
Martın 4-də Şuşa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən Şuşa rayon Malıbəyli kənd Musiqi məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Orxan Məmmədli, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon Malıbəyli Musiqi məktəbinin şagirdləri və müəllimlər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib, dini radikalizmlə mübarizədə, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi İslamın rolundan danışıb. Dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan A.Sultanov Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” və “Şəhadət” filmlərinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi böyük təsir gücündən danışıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin sülh şəraitində yaşandığı bir ölkə olduğunu, hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb, tolerantlıq və qarşılıqlı hörmətin xalqımızın həyat tərzinə çevrildiyini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayonunun axundu Mirabdullah Həsənli, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova Azərbaycanda dini radikalizmi yaradan səbəblər, onunla mübarizə üsulları, maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin həyatında əhəmiyyəti haqqında danışıblar.