Hacıqabulda keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər / 28.02.2019 / 15:27

Hacıqabul şəhərində “Müasir çağırışlar:dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans fevralın 28-də panel iclası ilə öz işini davam etdirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Zeynəb Yunuslu rayondakı dini durum barədə ətraflı məlumat verib. İH başçısının müavini vurğulayıb ki, ölkəmizdə dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verməkdədir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Eyni zamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması və yeni qarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlük meyillərini daha da artırır, onların əhatə dairəsini genişləndirir. Sədr müavini deyib ki, bu, bütövlükdə dünyada silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanların münaqişə qurbanlarına çevrilməsinə təkan verir. G. İsmayılovun sözlərinə görə, müasir dövrdə qüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların birgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısının alınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəli mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş cəmiyyətinin olması şərtdir. DQİDK sədrinin müavini onu da qeyd edib ki, bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır: “Ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir”,-deyə sədr müavini əlavə edib.

Hacıqabul rayon Təhsil şöbəsinin müdiri Şükür Ömürmalı isə çıxışında dini maarifləndirmə tədbirlərinin önəmini qeyd edib. Onun sözlərinə görə, dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
09.09.2019 / 16:04
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühiti mövcuddur"

Xəbərlər
05.01.2018 / 09:32
Ətraflı oxu

Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Xəbərlər
12.04.2018 / 14:11
Ətraflı oxu

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
03.09.2019 / 15:30
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.08.2018 / 10:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər
30.07.2019 / 15:07
Ətraflı oxu