Hacıqabulda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər / 27.02.2019 / 17:09

Fevralın 27-də Hacıqabulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

İki gün davam edəcək konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak edirlər.

Konfransda ölkəmizdə dini durum, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Hacıqabulda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad azadlığı bərqərar olub. Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi dünyada uğurlu bir model kimi yüksək qiymətləndirilir. Ə.Muxtarov Hacıqabulda dini durumun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Mübariz Qurbanlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dini durumun və sabitliyin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.

Dinin siyasiləşdirilməsi cəhdləri barədə də danışan Dövlət Komitəsinin sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib. O, DQİDK-nın milli maraqlarımıza zidd olan yad dini ideologiyaların yayılmasının, eləcə də dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasında qabaqlayıcı amil kimi mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil etdiyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov gənclərin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorunmasında din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib. Həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Regional konfrans işini fevralın 28-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Son baxılan xəbərlər

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

Zaqatalada “İslam: ənənə və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.09.2016 / 16:13
Ətraflı oxu

Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər
11.11.2016 / 16:51
Ətraflı oxu

Astarada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
28.10.2019 / 16:51
Ətraflı oxu

Zərdabda “Vətənpərvərliyin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.02.2018 / 15:37
Ətraflı oxu

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

Açıqlama
17.01.2017 / 18:06
Ətraflı oxu