Xəbərlər / 25.02.2019 / 16:51
Fevralın 25-də Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar Masallı şəhər Gənclər Mərkəzi, Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxanası, Xızı rayon Məmməd Arif Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbi, Sumqayıt şəhər Cümə məscidi və Tağıyev qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölgə şöbələrinin nümayənədələrinin də iştirak etdiyi anım tədbirləri keçirilib.
Keçirilən tədbirlərdə faciəsinin dəhşətlərindən danılışılıb, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb. Qeyd ounub ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.