Qubada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Press-relizlər / 22.02.2019 / 16:16

Fevralın 22-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba rayonunda fəaliyyət göstərən dini icma üzvləri, din xadimləri, dindarlar iştirak ediblər.

İlk öncə Qubada yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra “Şəhidlər” muzeyində davam etdirilən anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev iştirakçılara Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.

Anım tədbirində çıxış edən Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ermənilərin əsrlərboyu xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edərək bildirib ki, Xocalı faciəsi bu müsibətlərin kuliminasiya nöqtəsidir.

QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov xalqımızın düçar olduğu faciənin bütün dinlər tərəfindən pisləndiyini, dünyanın nüfuzlu din xadimlərinin bu məsələyə münasibətlərinin mənfi olduğunu bildirib.


Son baxılan xəbərlər

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu

Göyçayda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.08.2016 / 15:48
Ətraflı oxu

Mübariz Qurbanlı: "Onlar kənardan aldıqları əmrləri icra edirlər"

Açıqlama
26.11.2015 / 18:51
Ətraflı oxu

Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.12.2019 / 14:42
Ətraflı oxu