Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər / 22.02.2019 / 16:04

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icması və “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çiyni-Qaradağlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Yusif Məmmədov, Gələcək” İntellektual İnkişafa Yardım İB-nin sədri Kazım Məmmədov, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov, Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbir   iştirakçıları   əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında önəmli rol oynayır.

Daha sonra çıxış edən din xadimləri bu soyqırımının həm xalqımıza, həm də bütün müsəlmanlara qarşı törədilən faciə olduğunu, Azərbaycan həqiqətlərinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıblar.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə ...

Xəbərlər
27.11.2019 / 12:49
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.11.2019 / 16:57
Ətraflı oxu

Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr
07.12.2015 / 10:50
Ətraflı oxu

Lerikdə Aşura mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
01.09.2019 / 09:23
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:50
Ətraflı oxu

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu