“Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 21.02.2019 / 17:26

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Şahlar Məmmədov, İsmayıl Cəfərov və Abşeron rayonunda yerləşən məscidlərin din xadimləri, dini icma sədrləri, dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şahlar Məmmədov iştirakçılara faciə ilə bağlı ümumi məlumat verib və Xocalı faciəsinin  xalqımızın məruz qaldığı faciələrdən ən dəhşətlisi olduğunu bildirib. Xocalı faciəsinə ədalətli qiymət verilməsi, dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində dövlətimiz tərəfindən lazımi işlərin aparıldığı qeyd olunub.

DQİDK-nın əməkdaşı İsmayıl Cəfərov isə çıxışında bildirib ki, Xocalı şəhəri həm strateji baxımdan, həm də Azərbaycan ərazisində qədim yaşayış məntəqəsi olmağı baxımından əhəmiyyətli ərazi olduğuna görə düşmən məqsədli şəkildə buranı seçib. Faciədən sonra strateji cəhətdən əhəmiyyətli obyektlər və tarixi-dini maddi mədəniyyət nümunələri tamamilə məhv edilib.

Daha sonra çıxış edən din xadimləri bu soyqırımının həm xalqımıza, həm də bütün müsəlmanlara qarşı törədilən faciə olduğunu, Azərbaycan həqiqətlərinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıblar.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
24.12.2018 / 14:31
Ətraflı oxu

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
04.09.2019 / 16:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Press-relizlər
14.06.2018 / 18:00
Ətraflı oxu

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı

Press-relizlər
22.09.2016 / 12:48
Ətraflı oxu