İsmayıllıda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər / 21.02.2019 / 15:55

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İsmayıllı şəhər “Cümə” məscidində Xocalı faciəsinin qurbanları anılıb.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı Rayon şöbəsinin əməkdaşı Baba Abdullayev, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidinin imamı Elnur Yusifov, din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov İslamda vətən sevgisindən danışıb, Xocalı faciəsi qurbanlarının əziz xatirələrini yaşatmaq və onların ruhlarına dualar oxumağın vacibliyini vurğulayıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev  Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə din xadimlərinin dindarlar, xüsusilə gənclər arasında olan təbliğatında vətənpərvərlik mövzusuna əhəmiyyət verilməsinin vacibliyini qeyd edb.         

Daha sonra çıxış edənlər Xocalıda baş verən faciə haqqında fikirlərini bildiriblər.

Sonda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.


Son baxılan xəbərlər

Siyəzəndə uşaq hüquqlarına dair tədbir keçirilib

Press-relizlər
11.11.2016 / 09:03
Ətraflı oxu

Qaxda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.07.2019 / 16:15
Ətraflı oxu

Humanizm zirvəsi

Xəbərlər
21.02.2019 / 09:40
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
17.03.2018 / 10:26
Ətraflı oxu