Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 21.02.2019 / 09:30

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran  Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Vilvan kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Əliniyaz Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması və yüksək təhsil almasının zəruriliyini vurğulayıb.

Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov gənclərin zərərli vərdişlərdən qorunması, sağlam ruhda formalaşmasının əhəmiyyətini qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə və erkən nikaha qarşı mübarizədə effektivliyini diqqətə çatdırıb.

Dövlət komitəsinin əməkdaşı Emin Həmidli dini radikalizm, erkən nikah və onların fəsadları haqqında məlumat verərək gənclərin bu baxımdan diqqətli olmalarının vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
22.10.2019 / 15:17
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.08.2018 / 10:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

Şamaxı şəhər “Cümə” məscidində 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
31.03.2018 / 10:30
Ətraflı oxu

Misirin nüfuzlu portalında DQİDK əməkdaşının məqaləsi nəşr olunub

Xəbərlər
24.09.2020 / 17:38
Ətraflı oxu

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Press-relizlər
20.04.2018 / 16:32
Ətraflı oxu