Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 20.02.2019 / 14:44

Fevralın 19-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan “Tədbirlər Planı”na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabit və kursantları iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov tədbirdə geniş məruzə ilə çıxış edib. Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan S.Heydərov bildirib ki, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları və azadlıqlarının, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Səyavuş Heydərov ölkəmizdə din və vicdan azadlığının qanunlar çərçivəsində qorunduğunu, bu təməl prinsiplərin heç bir vəchlə məhdudlaşdırılmadığını diqqətə çatdırıb.

Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəblərindən də danışan Səyavuş Heydərov radikalizmlə mübarizə sahəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verib. Dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətləri haqqında iştirakçıları məlumatlandıraraq, maarifləndirmənin bu mübarizənin prioritet istiqaməti olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədr müavini bu cür maarifləndirici tədbirlərin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığı, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıdığını bildirib.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  


Son baxılan xəbərlər

Diplomat: “Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynaya bilir”

İSLAM HƏMRƏYLİYİ İLİ
26.04.2017 / 12:20
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
10.10.2019 / 15:02
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ

Xəbərlər
11.10.2017 / 09:05
Ətraflı oxu

Şəkidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.09.2019 / 09:34
Ətraflı oxu

Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

Press-relizlər
23.05.2016 / 11:15
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir

Açıqlama
28.10.2020 / 12:01
Ətraflı oxu