Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Press-relizlər / 20.02.2019 / 17:56

Gənclər üçün Təhsil Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə fevralın 20-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra “Oxu!” sənədli filmi nümayiş olunub.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək tədbirin əsas məqsədinin gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğini gücləndirmək, unudulmaqda olan dəyərlərimizin qorunması işinə töhfə vermək olduğunu bildirib. F.Həsənzadə regionlarda da bu istiqamətdə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

ADBTİA-nın prorektoru Təhminə Tağızadə mövzunun əhəmiyyətinə toxunub. O, xalqımızın formalaşmasında mühüm rol oynayan milli-mənəvi dəyərlərin dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi önəm daşıdığını qeyd edib. T.Tağızadə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Milli-mənəvi dəyərləri qorumağın ən ümdə vəzifələrimizdən biri olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, günümüzdə bu dəyərləri təhdid edən müxtəlif amillərlə rastlaşırıq. Zaman keçdikcə milli-mənəvi dəyərlərə münasibətdə də müxtəlif dəyişikliklər, yeni yanaşmalar ortaya çıxır. Lakin elə dəyərlər də var ki, onlar daimidir. Onun sözlərinə görə bu dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. O, dövlət başçısının Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən milli-mənəvi dəyərlərin düzgün təbliği istiqamətində kompleks tədbirlər həyata keçirildiyini, kiçik həcmli video-çarxların, sənədli filmlərin hazırlandığını bildirib. DQİDK sədri Fondun dəstəyi ilə çəkilən “Oxu!” adlı sənədli filmin xurafatla mübarizəyə həsr olunduğunu, filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı təhlükələrin işıqlandırıldığını deyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: “Radikal müxalifət və radikal dindarlar eyni mərkəzdən idarə olunurlar”

Müsahibələr
20.09.2016 / 11:47
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Dövlət dini mağazalara necə nəzarət edir?

Müsahibələr
10.09.2015 / 11:00
Ətraflı oxu

Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi

Press-relizlər
19.01.2018 / 11:22
Ətraflı oxu

Bakıda dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat aşkarlanıb

Press-relizlər
05.07.2019 / 17:06
Ətraflı oxu

Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2018 / 17:57
Ətraflı oxu