Mingəçevirdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 19.02.2019 / 14:31

Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər  “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə 26 Fevral Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Şəhidlər ölməz vətən bölünməz” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, həmin şöbənin aparıcı məsləhətçisi Fərid Vaqifli, Mingəçevir şəhər Bələdiyyəsinin sosial-iqtisadi məsələlər üzrə komissiyasının sədri Zahid Qasımlı, dini icma sədrləri, din xadimləri, dindarlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, Xocalı faciəsinin xalqımıza qarşı törədilən qanlı bir faciə olduğunu qeyd edib. Natiq Əfəndiyev Ümummilli Lider Heydər Əliyevin  yenidən ölkə rəhbərliyinə qayıdışından sonra  Xocalı faciəsinə  yüksək hüquqi qiymət verildiyini vurğulayıb. Bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə göstərilən dövlət qayğısından danışıb.

Daha sonra çıxış edən Mingəçevir şəhər Bələdiyyəsinin sosial-iqtisadi məsələlər üzrə komissiyasının sədri Zahid Qasımlı Xocalı faciəsini əsrin ən böyük faciələrindən biri adlandıraraq günahsız insanlara, uşaqlara, qocalara edilən dəhşətli zülmlərdən bəhs edib. Bu gün dünya ölkələrinin çoxunun, müxtəlif beynəlxalq təşkilatların ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bu qanlı faciəni rəsmi olaraq tanıdığını bildirib. Zahid Qasımlı ermənilər tərəfindən törədilmiş bu qanlı cinayətdən 27 il ötməsinə baxmayaraq Azərbaycan xalqının bugün də Xocalı faciəsi qurbanlarının əziz xatirəsini ehtiramla yad etdiyini vurğulayıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin  əməkdaşı Fərid Vaqifli tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımları, xalqımızın zor gücünə öz doğma torpaqlarından qovulduğunu, tarixi və əzəli Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyünü diqqətə çatdırıb. Xocalı faciəsi zamanı 600-dən çox günahsız insanın şəhid olduğunu, çoxlu sayda insanların əsir və itkin düşdüyünü bildirərək, Xocalı faciəsinin azərbaycanlılara qarşı törədilmiş bir cinayət olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Mingəçevir şəhəri “Cümə”  məscidinin imamı Vüsal Abdullayev, imam müavini Pərviz Hüseynov Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yüksək tutulduğunu qeyd edərək, ölkə rəhbərliyinin hər zaman qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.


Son baxılan xəbərlər

Astarada “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 09:42
Ətraflı oxu

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
28.03.2018 / 14:24
Ətraflı oxu

Şamaxıda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
22.10.2019 / 12:46
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

Biləsuvarda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.10.2019 / 10:27
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
22.10.2019 / 15:17
Ətraflı oxu