Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər / 04.02.2019 / 12:17

Məqalədə müəllif öncə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqqında məlumat verərək, hazırda dünyaca məşhur Nobel mükafatının məhz sözügedən ailənin ölkəmizin neft sənayesindən əldə etdiyi gəlirlər əsasında formalaşdığını bildirir. M.Yevdayev onilliklər sonra 1990-cı ilin 20 Yanvar tarixində Bakıda dinc, günahsız insanların öldürülməsində birbaşa əli olan o vaxtkı SSRİ rəhbəri Mixail Qorbaçova bu faciədən 10 ay sonra ən nüfuzlu Nobel Sülh Mükafatının təqdim olunmasının istehza doğurduğunu yazır.

İcma sədri məqaləsində 20 Yanvar faciəsi haqqında da ətraflı bəhs edərək, bu hadisənin Azərbaycanın müstəqillik tarixində önəmli yer tutduğunu vurğulayır. O, diqqətə çatdırıb ki, tarixə “Qara yanvar” kimi düşmüş hadisənin növbəti günü 1 milyondan çox azərbaycanlı küçələrə axışıb. O günlərdə azərbaycanlılar bütün dünyaya Sovet İttifaqının təcavüzünə rəğmən, qorxu içərisində yaşamayacaqlarını nümayiş etdirib. Həmin vaxt azərbaycanlılar Sovet İttifaqının qəddarlığı nəticəsində həyatlarını itirmiş həmvətənlərinin şərəfinə 40 gün yürüşlər keçirdib. O anda Azərbaycan xalqının milli hissi, inkişaf və sülh yolu ilə getmək istəyi, həmçinin zorakılığa qarşı cəsarəti yenidən dirçəlib.

Məqaləsinin sonunda müəllif yazır ki, 20 Yanvar faciəsindən 29 il keçib. Bu gün Azərbaycan enerji, texnologiya, diplomatiya və s. sahəsində inkişaf edir. O, multikultural və dinlərarası harmoniyanın mövcud olduğu ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, bəhailər və digər xalqlar sülh, qarşılıqlı hörmət şəraitində yaşayır. Azərbaycan biznes, enerji sahəsində liderdir, həmçinin şübhəsiz ki, ən vacib məsələyə - sülhə dəstək verən əsas dövlətdir.

Qeyd edək ki, sözügedən məqalə M.Yevdayevin “Jewish Journal” qəzetindəki daimi bloqunda dərc edilmiş sayca 31-ci yazısıdır.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://jewishjournal.com/blogs/292908/azerbaijan-and-the-ironic-history-of-the-nobel-peace-prize/

 

Son baxılan xəbərlər

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Xəbərlər
12.12.2016 / 15:19
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
12.10.2017 / 16:52
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib

Press-relizlər
13.06.2019 / 15:52
Ətraflı oxu