Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 08.02.2019 / 11:49

Fevralın 7-də Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mahamalar kənd tam orta məktəbində “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Ləman Balayeva, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova, Balakən RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Türkan Əliyeva, Mahamalar kənd tam orta məktəbin direktoru Kəmalə Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Məmmədova keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva çıxışında dini radikalizm, dini radikal qrupların təbliğat metodları və onunla mübarizə yolları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda tarixin bütün dövrlərində etnik və dini icmalar arasında tolerantlıq mövcud olub, milli, irqi  və dini zəmində heç bir qarşıdurma baş verməyib.

Daha sonra çıxış edən Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova  dini radikalizm, habelə digər zərərli vərdişlərin insana və cəmiyyətə vurduğu zərərlər haqqında məlumat verib.

Balakən Rayon İcra Hakimiyyəti başçısı Yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Türkan Əliyeva zərərli vərdişlər və onlara qarşı mübarizə tədbirləri haqqında məlumat verib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Xəbərlər
15.10.2018 / 18:07
Ətraflı oxu

“Dini radikalizmə “dur!” deyək” adlı broşür nəşr edilib

Kitablar
19.10.2017 / 11:41
Ətraflı oxu

"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Press-relizlər
08.02.2019 / 17:56
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər
06.12.2018 / 10:27
Ətraflı oxu