Bərdədə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 31.01.2019 / 15:22

Yanvarın 31-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmaların 2018-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, həmin şöbənin baş məsləhətçisi Sərdar Məmmədov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Sevinc Məmmədova, eləcədə dini icma sədrləri, din xadimləri, dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan dövlətinin qurucusu Ümummili Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, eləcə də, dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın yaradılmasından söz açıb. Bununla yanaşı, Natiq Əfəndiyev Azərbaycanda dövlət-din münasibətləri modelinin zamanın tələblərinə uyğun olaraq, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb. Natiq ölkəmizdə kilsə, sinaqoq və məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərdiyini qeyd edərək, belə bir mühitin dövlətin apardığı düzgün siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində mümkün  olduğunu vurğulayıb.

Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov cəmiyyət arasında düzgün dini maarifləndirmənin aparılmasında, İslam dininin olduğu kimi çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdıraraq, ölkəmizdə müxtəlif dinlərə  mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyini və ölkəmizin tolerant ölkə kimi tanınmasında bu amilin əsas rol oynadığını bildirib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov ölkəmizdə irqindən, etnik mənsubiyyətindən, dilindən və dinindən aslı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət tərəfindən təminat verildiyini qeyd edib.                                                                                        

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Sevinc Məmmədova dövlət tərəfindən maddi və mənəvi irsin qorunması üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2019 / 16:29
Ətraflı oxu

Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
29.07.2019 / 15:07
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
26.12.2018 / 16:49
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

Press-relizlər
30.05.2018 / 10:53
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
03.04.2019 / 14:18
Ətraflı oxu