Amil Cavadov: "Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb"

Müsahibələr / 31.01.2019 / 12:44

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. İslam aləmində böyük nüfuza malik olan Azərbaycanda ötən 2018-ci il də bir sıra sosial-iqtisadi, siyasi, mədəni uğurlarla, dini qurumlarla və icmalarla aparılan işlər sahəsində  çox mühüm nailiyyətlərlə yadda qaldı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Amil Cavadov bununla bağlı  “İki sahil”ə açıqlamasında bildirib ki,  bütün sahələr kimi, din sahəsi də Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb: “Ötən il ərzində Azərbaycanda sabitlik hər sahədə olduğu kimi, din sahəsində də özünü büruzə verib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi, bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir.”

Şöbə müdiri  Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli işlər görüldüyünü diqqətə çatdırıb: “Dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.”

Həmsöhbətimiz ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması siyasətinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Bu gün Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər keçirilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi bu diqqət və qayğının parlaq nümunəsidir. Adıçəkilən qurumların yaradılması dövlətimizin başçısının milli mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiymətin təcəssümüdür. Bu qurumların yaradılması ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr və hədəflər qoyulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu hədəflərdən irəli gələn dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il də tədbirlərini yüksək səviyyədə davam etdirib.”

A.Cavadov ötən il ərzində DQİDK-nın ölkəmizdə radikallığa və ekstremizmə qarşı ideoloji müstəvidə mübarizə tədbirləri keçirdiyini önə çəkib: “Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər təşkil edilib, habelə kitab və digər materiallar nəşr edilib, sənədli filmlər çəkilib. Dövlət Komitəsinin sifarişi əsasında ötən il ərzində dini radikal, ekstremist qrupların törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha geniş şəkildə çatdırmaq, həmçinin bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə “Vəhdət qanımızdadır” və “Üfüqdəki gələcək” adlı sənədli filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib. Bu tədbirlər 2019-cu ildə də yüksək səviyyədə davam etdiriləcək.”

“İki sahil” qəzeti

Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
07.05.2019 / 17:14
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu

Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər
29.09.2016 / 16:42
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu