Ağdaşda dini icmaların hesabatları dinlənilib

Press-relizlər / 30.01.2019 / 15:44

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2018-ci il dini icmaların hesabatlarının dinlənilməsi ilə əlaqədar mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şirvan bölgəsi üzrə qazısı, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidinin imamı Əli Məmmədov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev, eləcədə dini icma sədrləri, din xadimləri, dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev demokratik inkişaf yolunu seçmiş multikultural və tolerantlığı ilə tanınan Azərbaycan Respublikası üçün dini etiqad azadlığının ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, Ümummili Liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləndiyini vurğulayıb. Natiq Əfəndiyev dövlətin dini icmaların fəaliyyətinin yaxşılaşdırılması üçün onlara bütün zəruri dəstəyi verdiyini, dini icmalara maliyyə dəstəyinin ayrıldığını, xüsusilə məscidlərin, sineqoqların və kilsələrin bərpası və yenidən qurulması üçün onlara maddi yardım göstərdiyini nəzərə çatdırıb. Bununla yanaşı, bütün dinlərin və dini qurumların qanun qarşısında bərabər olduğunu bildirən Natiq Əfəndiyev, heç bir din və dini qurum barəsində digərlərinə görə hər hansı üstünlüyün və ya məhdudiyyətin müəyyən edilmədiyini diqqətə çatdırıb.                                             

Daha sonra çıxış edən QMİ-nin Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov mövzu ilə bağlı çıxış edərək, dövlətin İslam dini ilə yanaşı digər dinlərə də hörmət və qayğı ilə yanaşdığını qeyd edib, bunu Azərbaycanın tolerant ölkə olması ilə əlqələndirib. Cəmiyyət arasında düzgün dini maarifləndirmənin aparılmasında, dinin olduğu kimi topluma çatdırılmasında din xadimlərinin üzərinə böyük vəzifə düşdüyünü bildirib.

Tədbirdə çıxış edən Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev dövlətin ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşdığını bildirib. O, irqi, milli, dini və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmədiyini vurğulayıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
06.04.2018 / 17:59
Ətraflı oxu

Qətərdə “13-cü Doha Dinlərarası Dialoq Konfransı” keçirilib

Press-relizlər
21.02.2018 / 14:41
Ətraflı oxu

Balakən məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
21.02.2018 / 15:01
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.02.2018 / 16:31
Ətraflı oxu